Metronun qarşısında sərnişinlərin əsəbi tarıma çəkildi - Polis əraziyə cəlb olundu - FOTO

Elmlər Akademiyası metrosunun qarşısında avtobus gözləyən sərnişinlər arasında ciddi gərginlik yaranıb.

Sherg.az xəbər verir ki, sərnişinlərin avtobuslara minmək üçün uzun müddət gözləməsi və dayanacaqda yaranan basabas vətəndaşların narazılığına səbəb olub. Ərazidə səs-küy və gərginlik artıb.

Vəziyyətin gərginləşməsi ilə əlaqədar əraziyə polis əməkdaşları cəlb olunub.

Hazırda sərnişin sıxlığının və yaranmış gərginliyin səbəbləri ilə bağlı əlavə məlumat yoxdur.