
İqtisadçı: Sentyabra doğru çörəyin qiymətində bahalaşma baş verə bilər
11:56 06.05.2025
İqtisadiyyat
430
Mayın 5-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, aprelin 28-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.
İqtisadçı-ekspert Asif İbrahimov Sherg.az-a bildirib ki, Azərbaycanda un məmulatları taxıl və buğdadan əldə olunan məhsullardır:

“Azərbaycan qidada istifadə olunan buğdanın 50 faizdən artıq hissəsini Rusiya, Ukrayna və Qazaxıstandan tədarük edirdi. Ən böyük tədarükçümüz isə Rusiyadır. Ümumiyyətlə, Rusiya və Ukrayna müharibəyə qədər dünyanın 25 faiz taxıl tələbatını ödəyən ölkələr idi. Bu iki ölkə arasında da hazırda müharibə var. 2022-ci ildən bu günə kimi buğdanın qiymətində artan dinamika üzrə bir çox dəyişikliklər baş verdi. Çünki Rusiya və Ukrayna savaşır. Müharibədə isə təbii ki, taxıldan buğda məmulatlarından daha çox istifadə olunur. Həmçinin dünyada ümumi baş verən bahalaşma tendensiyası Rusiyadan da yan keçmədi. Rusiya ixrac etdiyi ölkələrə hər tona görə əlavə gömrük rüsumları tətbiq etdi və bu da maya dəyərinə öz təsirini göstərdi. Bununla yanaşı, Qazaxıstanda taxıl və buğda o qədər ucuzdur ki, ətraf ölkələr özləri əkmirlər gedib Qazaxıstandan alırlar. Azərbaycanda daxili tələbatın hamısını yerli istehsal bahasına təmin edə bilmirik. Həmçinin ölkənin məhsuldarlığında yaranan problemlər, qiymətlərə öz təsirini göstərir. Azərbaycanda çörəyin qiymətinin tənzimlənməsi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən həyata keçirilir. Marketlərdə, piştaxtalarda çörəyin qiymətində bahalaşmalar olmasa da, çəkisində müəyyən qramlarda azalmalar gedir. Hökumət adətən çörəyin qiymətində bahalaşma istəməyəndə müəyyən əlavə alətlərdən bıçaqlardan istifadə edir. Bu, hökumətin verdiyi qərardan asılıdır. Amma mövcud vəziyyət onu göstərir ki, sentyabra doğru çörəyin qiymətində bahalaşma baş verə bilər”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm