TƏLƏB! - Təqaüd yaşı azaldılsın: “65 yaş pensiya yaşı olar?!”

Bu gün “Şərq Tv”nin “Düzünü deyək” verilişinin növbəti qonağı Ağ partiya sədri Tural Abbaslı olub. Bir çox mühüm məqamlara toxunan siyasətçi, həmçinin təqaüd yaşının azaldılmasını tələb etdi:
“65 yaş pensiya yaşı olar?! Bu, əlbəttə, düzgün deyil. Ən pis halda qadınlar üçün təqaüd yaşı 55, kişilər üçün 59 olmalıdır. Müvafiq qurumların öz statistikası da göstərir ki, kişilərin 40 faizi pensiya yaşına çata bilmir”.