Neftin qiymətinə dair nikbin proqnoz:“...Bahalaşan xətlə gedir” 


Dünya bazarında neft bahalaşıb. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin iyul fyuçersləri 0,12 faiz bahalaşıb və bir barelin qiyməti 67,8 ABŞ dolları təşkil edib. “Brent” markalı neftin avqust fyuçersləri də 0,17 faiz bahalaşıb və bir bareli 70,37 dollara satılıb.
 İqtisadçı-ekspert Rəşad Həsənov son göstəricilər barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Bəzən enib-qalxmalar olsa da, tendensiya bahalaşma xətti ilə gedir. Və bu, təsadüfi deyil. Qiymətin artmasını dəstəkləyən faktorlar məlumdur. Dünyada koronavirus pandemiyasına qarşı uğurlu mübarizə gedir. ABŞ-da əhalinin 40 faizi vaksinasiya olunub, sərhədlər açılır. Həmçinin OPEK hesabatlarında neft bazarında tələb və təklif arasındakı fərqin davam etdiyini göstərir. Eyni zamanda ABŞ və Çin arasında iqtisadi əməkdaşlıqla bağlı müzakirələr yenidən başlayıb. Bütün bu məqamlar, o cümlədən hava nəqliyyatının açılması neftə tələbatı artırır və hazırkı tendensiyanı formalaşdırır”.