“Təqaüdün verilməsində differensial yanaşma tətbiq olunur”

Milli Məclisin növbəti iclasında deputat Siyavuş Novruzov pensiya yaşının müxtəlif təbəqələr üzrə fərqli olmasını təklif edib. S.Novruzov bildirib ki, pensiya yaşı ilə bağlı məsələyə yenidən baxılmalıdır. “Məsələn, şəxs 65 yaşında fəhlə işləyə bilməz. Yanaşma tərzi dəyişdirilməlidir. Ağır sahədə çalışan insanlar üçün yaş həddi digərləri ilə eyni tutulmamalıdır”, - deyə parlamentari əlavə edib. 

 İqtisadçı-ekspert Ruslan Atakişiyev millət vəkilinin bu təklifini “Sherg.az”a şərh etdi: 

“Əslində təqaüdün verilməsi məsələsində differensial yanaşma tətbiq olunur. Məsələn, hərbçilər daha tez pensiya alırlar. Sadəcə prosesin tətbiq dairəsinin genişləndirilməsi məsələsinə baxmaq olar. Və bu zaman görülən işin insan orqanizminə vurduğu ziyan, tibbi və psixoloji təsirləri mütləq nəzərə alınmalıdır. Dünyada belə təcrübə var”.