Nazirdən vergi daxilolmaları barədə məlumat: “Artım qeyri neft-qaz sektorunun hesabınadır” 

“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”.
Oxu.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 milyard manatdan çox olub:
“Daxilolmalar üzrə proqnoz 127,1 faiz icra edilib. Artım əsasən qeyri neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 754 000 000 manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471 800 000 manat ödənilib”.