Azərbaycanın qeyri-neft ixracı kəskin artıb - FOTO

2021-ci il yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 162 400 000 ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Oxu.Az-a verilən məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artıb.

Bildirilib ki, ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus pandemiyasının qeyri-neft ixracına mənfi təsirləri azaldılıb və ixracda dinamik artıma nail olunub.

Qeyd edilən müddətdə şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 49 faiz artıb.