Proqnoz:"Manatın məzənnəsi dəyişiləcək”

“Manatın məzənnəsi inzibatı qaydada tənzimlənir. Ona görə dəyişilmə də inzibati qaydada olacaq. Bunun bazar iqtisadiyyatının tələbləri ilə əlaqəsi yoxdur”.
Bu sözləri manatın məzənnəsinin gələcək taleyi barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert, ReAL partiyasının sədr müavini Natiq Cəfərli dedi.
Onun sözlərinə görə, yaxın gələcək üçün hansısa dəyişiklik gözlənilmir:

“Neft qiymətlərinin 70 dollardan yuxarı olduğu bir vaxtda məzənnə siyasətinə ciddi təzyiq yoxdur. Və məzənnənin yaxın həftələrdə dəyişiləcəyi gözlənilmir. Lakin uzun illər stabil qala bilməz. Xatırlayırsınızsa, 2005-2015- ci illərdə məzənnə stabil qalsa da, sonradan üç dəfə devalvasiya oldu. Deməli, uzaq gələcəkdə olsa da, gec-tez nə vaxtsa məzənnə dəyişiləcək”.