İspaniya bankı bitcoin ticarətinə “yaşıl işıq” verdi


Ispaniyanın aktivlərinə görə 2-ci ən iri bankı Banco Bilbao Vizcaya Argentaria (BBVA) öz müştərilərinə kriptovalyuta ticarəti və saxlanmasınə icazə verdi.

BBVA-nın açıqladığı məlumata əsasən bankın İseçrədəki filialı (BBVA Switzerland) 21 iyun tarixindən etibarən özəl müştərilərinə bitcoin ticarəti xidmətləri göstərməyə başlayacaq. BBVA Switzerland gələcəkdə bitcoin-dən başqa digər kripto aktivlərin siyahısını da genişləndirəcək. Bankın müştəriləri vergi hesabatlarının hazırlanmasında çətinlik çəkməyəcəklər və rəqəmsal aktivlərini avtomatik olaraq fiat valyutalarına çevirə biləcəklər. (milli.az)