Azərbaycanda avtomobil yanacağının istehlakı artıb

Bu ilin birinci yarısında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 1 192,6 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 3% artıb.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,2%-i avtomobil yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.