“Dollar bahalaşmayıb, sadəcə...”

“...Sadəcə əvvəlki mövqelərini bərpa edib”

“Bu da Azərbaycan üçün indiki dövrdə elə də böyük əhəmiyyət kəsb etmir”


Son vaxtlar dünyada dollar digər əsas valyutalar qarşısında möhkəmlənməkdədir. Dollar indeksi son bir həftədə təxminən 2 faizə yaxın artıb. Son 1 ayda isə dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb.

 Bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov dolların bahalaşma səbəblərini və Azərbaycana mümkün təsirlərini “Sherg.az”a dəyərləndirib:

“Son dövlər dolların bahalaşması daha çox Amerika FED sistemininin monetar siyasətin sərtləşdirilməsi gözləntisi ilə bağlıdır.

Amma bu yaxınlarda FED rəhbəri çıxış etdi və belə başa düşüldü ki, hansısa sərt siyasət olmayacaq. Bütövlükdə valyutaların sabitləşməsi gözlənilir.

Əslində son vaxtlar dollar zəifləmişdi. Avro və digər valyutalar ona münasibətdə bahalaşmışdı. İndi isə dollar bahalaşmayıb, sadəcə əvvəlki mövqelərini bərpa edib.

Bu da Azərbaycan üçün indiki dövrdə elə də böyük əhəmiyyət kəsb etmir”.