Göygöl rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Aşıqlı kəndi ərazisində baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, DQ-ya məxsus “Ural” markalı avtomobil aşıb:
“Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan ambulator yardım göstərilib. Digər üç nəfər hospitala yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Hadisə zamanı ölən olmayıb”.
Faktla bağlı araşdırma aparılır.