6 ayda Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 188,5 milyon dollardan artıq olub

Cari ilin yanvar-iyun aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 188, 5 milyon dollardan artıq olub.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Birinci yarımillikdə Belarusdan Azərbaycana ixracın dəyəri 61,7 milyon dollar, ölkəmizdən Belarusa isə 126,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.