Azərbaycan Gürcüstana sement ixracını 2 dəfə artırıb

Bu ilin I yarısında Gürcüstan Azərbaycandan 11,575 milyon ABŞ dolları dəyərində 253,3 min sement tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmi ötən ilin eyni dövrünə nisbətdə 1,9, dəyəri isə 1,7 dəfə artıb.