ETSN və “Azəriqaz” rəhbərləri perspektiv fəaliyyət planını müzakirə ediblər

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə “Azəriqaz” İstehsalat Birliyi (İB) arasında işçi görüş keçirilib.

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, “Azəriqaz”-ın baş direktoru Ruslan Əliyev və digər məsul şəxslər iştirak edib.

Görüşdə respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması, bu yönümdə perspektiv fəaliyyət planının hazırlanması məsələləri geniş müzakirə edilib.