İqtisadçı: “İctimai nəqliyyatda qiymət artımı gözlənilir”

“Bir ay bundan əvvəl 55 qəpiyə aldığım qatıq bu gün baxıram 75 qəpikdir. Ciddi qiymət artımı var. Bilmirəm ya əvvəldən belə idi, ya da biz indi ayılmışıq”.

 Bu sözləri jurnalist Gülçin Cəmil özünün “Facebook” hesabında yazıb. 

Doğrudan da, son vaxtlar bahalaşma, az qala, ənənə halını alıb. Sakibkarlar qiymət artımı üçün bəhanə axtarırlar.

Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Şahin Elxanoğlunun fikrincə, yanacağın qiymətinin artması digər sektorlara da təsir edə bilər:

“Müharibədən sonra bahalaşmanın olacağı iddia edilirdi. Amma qarşısı alındı. İndi daha çox ictimai nəqliyyatda, o cümlədən metroda qiymət artımı gözlənilir. Avtobuslarda gediş haqqı bahalaşanda metronun daşınma xərcinin 50 qəpiyi ötdüyü deyilmişdi. Fikrimcə, bu, gələcək üçün işarə idi”.

Kənan Novruzov