Azərbaycan alüminium ixracını 4 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 92 milyon ABŞ dolları dəyərində 37,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 44,7 % və 3,9 % çoxdur.

Hesabat dövründə alüminium ixracı Azərbaycanın ümumi ixracının 0,71 %-ni təşkil edib.