«Kredit faizləri yüksələcək»

Məlum olduğu kimi, sentyabrın 17-də son 5 il ərzində ilk dəfə Mərkəzi Bank tərəfindən faiz artımına gedilib. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6,25 faizdən 6,5 faizə qaldırılmasına qərar verib. Bununla da, dəhlizin aşağı həddinin 5,75 faizdən 6 faizə, yuxarı həddinin isə 6,75 faizdən 7 faizə yüksəldilməsi təsdiq edilib. Mərkəzi Bank qısamüddətli maliyyə vəsaitlərinin dəyərini müəyyənləşdirməklə iqtisadiyyatda daha uzunmüddətli faiz dərəcələrinin formalaşmasına təsir göstərir. 

Məhz, bu faizlərlə əhaliyə və iqtisadiyyata kredit verilir.

 İqtisadçı-ekspert Şahin Elxanoğlu bunun bankların kredit və əmanət faizlərinə təsirini “Sherg.az”a şərh etdi:

 “Uçot dərəcəsi ölkədəki iqtisadi vəziyyəti xarakterizə edir. İnflyasiya səviyyəsi yüksəldiyi zaman Mərkəzi Bank uçot dərəcəsini yüksəldir. Belə olan halda kredit faizlərinin yüksəlir. Bu siyasət inflyasiyanın qarşını almaq üçün istifadə edilir. Kredit almaq insanlara sərf etmir və dövlət put kütləsini balanslaşdırır”.

Kənan Novruzov