ADB Gürcüstana 15 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankı (ADB) Gürcüstan hökumətinə 15 milyon ABŞ dolları məbləğində kreditin verilməsini təsdiqləyib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda bildirilib.
Vəsait Gürcüstanda COVID-19 infeksiyası əleyhinə peyvəndlərin alınmasına və ölkədə vaksinasiya proqramının imkanlarının gücləndirilməsinə yönəldiləcək.

ADB-nin dəstəyi Gürcüstan əhalisinin 8 %-i və yaxud 300 mindən çox vətəndaşın peyvəndlənməsinə imkan verəcək.