“Məmurlar real sahibkarlıq fəaliyyətinə icazə vermirlər”

İnsanlar bayramların xoş xatirələrlə yadda qalması üçün istirahət mərkəzlərinə üz tuturlar. Yadda qalan xoş xatirələrlə yanaşı narazılıqlar da ortaya çıxır. Sosial şəbəkə istifadəçiləri bayramı xoş keçirmək üçün müraciət etdikləri istirahət mərkəzlərində qiymətlərin baha olduğunu bildiriblər.

Qarşıdan gələn Novruz bayramı üçün də qiymətlərdə dəyişiklik müşahidə olunur.

Bahalaşmalara səbəb olan amilləri "Sherg.az"a açıqlayan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, məmurlar obyektləri ələ keçirib:

“Azərbaycanda bazar iqtisadiyyatı olduğuna görə, qiymətlər tələb və təklif üzərində qurulur. Obyektlər əsasən məmurlara məxsus olduğundan mənimsəmələr olur. Məmurlar real sahibkarlıq fəaliyyətinə icazə vermirlər.

 Real sahibkarlıq olmadığına görə də, bazar institutu işləmir. Pandemiya səbəbindən xaricə səfərlərin də dayandırılmasından faydalanırlar. Sistemi tənzimləməyin yolu normal iqtisadi şəraiti yaratmaqdan keçir. Lakin bu, Azərbaycanda hələlik mümkün görünmür”.

Xanlar ƏLİBƏY