Avropada təbii qaz bahalaşır


Avropa birjalarında təbii qaz qiymətləri bahalaşmaqda davam edir.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın mart fyuçersləri 960 dollar ətrafında alınıb-satılır.

Son sutka ərzində təbii qaz 3 faizə yaxın bahalaşıb. Ötən gün birjalarda təbii qaz 10 faizdən çox bahalaşmışdı.

Xatırladaq ki, Almaniya hökuməti Rusiyadan qaz nəqlini nəzərdə tutan "Şimal axını 2" layihəsinin sertifikasiyasının dayandırıldığın elan edib.