Bu il Azərbaycandan Avropaya nə qədər qaz satılacaq? - RƏSMİ


Bu il ərzində Avropaya 16,2 milyard kubmetr qazın nəql olunması planlaşdırlır.


Oxu.Az xəbər verir ki, bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

O bildirib ki, 2022-ci ildə Avropanın bu həcmlərlə təmin edilməsi tam olaraq mümkündür:

“Ötən dövr ərzində Avropaya 9 milyard kubmetr qaz ixrac edilib. Türkiyə isə 14,5 milyard kubmetr qaz əldə edib. Bu dövrə qədər ümumi 23,5 milyard kubmetr qaz nəql edilib. Hazırda isə TANAP tam gücü ilə işləyir. Artıq Avropaya nəql edilən həcmlərdə də maksimum həddə nail olunub”.