ABŞ hökuməti Strateji Neft Ehtiyatından daha 30 milyon barel neft satacaq

ABŞ hökuməti Strateji Neft Ehtiyatından (SPR) daha 30 milyon barel neftin satışına dair müqavilələr imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Enerji Departamenti açıqlama verib.

Neftin satıldığı 12 şirkət arasında “Chevron USA”, “Equinor Marketing Trading”, “ExxonMobil Oil Corporation”, “Glencore Ltd.”, “Shell Trading” də var.

Bundan əvvəl SPR-dan may ayında 20 milyon barel neft satılmasına dair müqavilələrin imzalandığlı bildirilmişdi. Son müqavilələr may – iyun aylarında bütövlükdə 50 milyon barel ehtiyat neftinin satılması deməkdir.

Bütövlükdə, hökumət neftin bahalaşmasını əngəlləmək üçün may-iyul aylarında SPR-dan 90 milyon barel, avqust-oktyabr aylarında da daha 90 milyon barel neft satmağı nəzərdə tutur.