Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb.

WTI markalı neftin iyun fyuçersləri 1,1% bahalaşaraq, bir bareli 103,54 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin iyul fyuçersləri 0,98% bahalaşaraq, bir bareli 106 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg