Millət vəkili Əli Məsimli Milli Məclisin iclasında bildirib ki, dünyada ərzaq böhranı ilə bağlı problem daha da kəskinləşəcək. Onun sözlərinə görə, ərzaq böhranı bütün ölkələrə iki formada təsir göstərəcək:
“Bu, qıtlıq və qiymətlərin artmasıdır.Azərbaycan bu çağırışlar qarşısında, ilk növbədə bir ölkədən idxal asılılığını azaltmalıdır. İdxal istiqamətlərini şaxələndirmək vacibdir. Xaricdən aldığımız məhsulların böyük hissəsini Azərbaycanın özünün istehsal etmək potensialı var”.
Ölkədə qıtlıq olmasa da, kəskin qiymət artımlarının gözlənildiyini deyən iqtisadçı-ekspert Pərviz Heydərov "Sherg.az" a açıqlamasında bildirib ki ictimayətin təşvişə düşməməsi üçün geniş açıqlamalar verilmir:
"Cari ilin birinci yarısında Nazirlər Kabinetinin iclasında baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov bu məsələ ilə bağlı dövlətin atdığı addımlardan ötəri məlumat veriblər.
Dedilər ki ölkədə qıtlığın qarşısını almaq üçün ərzaq ehtiyyat yaratmaq üçün lazım olan addımlar atılır. İnsanların marketlərə qaçaraq özlərinə qida ehtiyyatı yığmasına ehtiyac yoxdur. Payız aylarına doğru qiymət artımı olacağı gözlənilir.
Lakin düşünürəm ki , hökumət bunun da qarşısını alacaq".