Türkiyəli nazir: "Dəmir İpək Yolunu dirçəltməkdə davam edirik"

"İnvestisiya qoyuluşlarımız hesabına Dəmir İpək Yolunu dirçəltməkdə davam edirik".
“Report” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu “Twitter”də yazıb.
“Orta Dəhlizin gücləndirilməsi istiqamətində də işlər aparırıq", - deyə o, qeyd edib.
Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilir.