Gürcüstanda ikinci əl avtomobillər  sürətlə bahalaşır - SƏBƏBLƏR

Son dövrlər Gürcüstanda ikinci əl avtomobillərin qiyməti sürətlə artmaqda davam edir.

24News.ge xəbər verir ki, ekspertlər buna səbəb kimi ikinci əl avtomobillərin xaricə ixracın artmasını və larinin dollar qarşısında dəyər qazanmasını göstərirlər.

Məlumata əsasən, 2022-ci ilin 10 ayında Gürcüstandan xaricə 661 milyon ABŞ dolları dəyərində 64 min ədəd avtomobil ixrac edilib. Bu göstərici əvvəlki illə müqayisədə 77% çoxdur.

Hazırda Gürcüstandan ən çox avtomobil ixrac olunan ölkələr aşağıdakılardır:

● Azərbaycan - 245,1 milyon ABŞ dolları dəyərində 25 096 avtomobil;

● Ukrayna - 117,4 milyon ABŞ dolları dəyərində 12 446 avtomobil;

● Ermənistan - 84,2 milyon ABŞ dolları dəyərində 8293 avtomobil;

● Rusiya - 55,3 milyon ABŞ dolları dəyərində 3841 avtomobil;

● Qazaxıstan - 54,9 milyon ABŞ dolları dəyərində 5417 avtomobil;

● Qırğızıstan - 38,6 milyon ABŞ dolları dəyərində 5742 avtomobil;

● Belçika - 22,8 milyon ABŞ dolları dəyərində 472 avtomobil;

● Tacikistan - 10,3 milyon ABŞ dolları dəyərində 1789 avtomobil;

● Birləşmiş Ərəb Əmirlikləri - 9,6 milyon ABŞ dolları dəyərində 131 avtomobil;

● Belarus - 5,3 milyon ABŞ dolları dəyərində 156 avtomobil.

Qeyd edək ki, 2021-ci ilin 10 ayında xaricə 373 milyon ABŞ dolları dəyərində 50 min ədəd avtomobil ixrac olunub.