Azərbaycandan Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Artıq bu razılıq əsasında ötən gün 720 min ədəd yumurta Rusiyaya göndərilib. Rusiyaya yumurta ixrac edilməsi Azərbaycanda bu məhsulun qiymətinin artmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı "Sherg.az"a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, bu qərar Azərbaycan üçün iqtisadi-siyasi baxımdan uğurlu bir addımdır:
"Narahatçılığa ehtiyyac yoxdur. Çünki Kənd Təsərrüfat Nazirliyinin yaydığı məlumata görə, 2023 cü ildə yumurta istehsalı 2.3 faiz artıb. Bu da 31.7 milyard təşkil edir. Statistikaya görə, bu az rəqəm deyil. Onlar 2024 cü ildə isə artıma dair hədəf qoyublar. Doğrudur,yerli istehsalata da üstünlük verməliyik ki, ölkədə bahalaşma olmasın. Əgər, yetərincə yumurta istehsalı olmazsa, nəticədə məhsul qıtlığı yaranacaq və qiymətə təsir edəcək. Ona görə də tək yumurtanın deyil, bütün yerli məhsulların artımında öz istehsalımızı önə çəkməliyik".