24 yanvar tarixinə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi rekord həcmdə qaz qəbul edib.
Bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdə keçirdiyi canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, qeyd olunan tarixə “Azəriqaz” sutkalıq 48 mln. kubmetr qaz qəbul edib ki, bu da rekord bir göstəricidir.
“Keçən ilin eyni gününə nisbətən 8 mln. kubmetr artıq qaz qəbul olunub”, - Ruslan Əliyev qeyd edib.
O əlavə edib ki, bu günə olan məlumata görə, hazırda ölkə üzrə qaz təchizatı ilə bağlı ciddi bir problem yoxdur: “Bir-iki yerdə kiçik bir qəzalarımız olub və onlar aradan qaldırılıb”.