"Çünki Azərbaycan un məmulatları üçün lazım olan taxılın təqribən 60-65 faizini, bəzi aylarda isə yarısını xaricdən alır. Bura əsasən Rusiya, Qazaxıstan, Ukrayna bazarları daxildir. Düzdür, Azərbaycanın taxıl anbarları da var. Yəni taxıl strateji məhsul olduğundan təqribən ölkəmizdə 280 günlük taxıl ehtiyatı həmişə saxlanılır. Amma buna baxmayaraq xaricdən asılılığımızda kifayət qədər ciddidir. Əsas bazarımız Rusiya və Qazaxıstan olduğundan orda qiymət artımı Azərbaycana da ciddi təsir edir və bunun təsiri olmaması mümkün də deyil. Azərbaycanda təəssüf ki, taxılçılıqla bağlı problemlər uzun illərdir həll edilmir. Həm keyfiyyəti, həm məhsuldarlıq baxımından qonşu ölkələrdən geridə qalırıq. Bizim ölkədə istehsal olunan taxıldan un məmulatları almaq çətin olur və ona görə də mütləq xaricdən alınan taxılla qarışdırılır. İlk növbədə biz həm məhsuldarlıqla bağlı, həm də keyfiyyətli taxıl toxumlarının alınması seleksiya üzrə işləri sürətləndirilməliyik ki, özümüz-özümüzü təmin edək. Təbii ki, Azərbaycanın indiki reallığında bu mümkündür. Çünki işğal altında azad olunmuş torpaqlarımızın kənd təsərrüfatına qatqısı üçün kifayət qədər ciddi potensialı var. Amma hələlik bu il və gələn il üçün taxıl qiymətlərinin yüksəlişi gözlənilir. Azərbaycanda da taxılın və un məmulatlarının qiymətinin yüksəlməsi də çox böyük ehtimaldır".
280 günlük taxıl ehtiyacımız həmişə saxlanılır