Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
Yusif Nəzərli
10:38 01.06.2022
İqtisadiyyat
455
Bu gündən Azərbaycana idxal edilən Aİ-92 markalı benzinin gömrük rüsumundan azad olunma müddəti bitir.
“Report” xəbər verir ki, eyni zamanda bu benzin növünün idxalı zamanı hər bir ton üçün 1 manat məbləğində aksiz vergi dərəcəsinin tətbiq edilməsi başa çatır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən iyunun 1-dək qeyd olunan benzin növü üzrə hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilmişdi. Digər bir qərarla isə iyunun 1-dək Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata qədər azaldılmışdı.
Azərbaycanda istifadə edilən Aİ-92 markalı benzin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. Lakin aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb. Bununla yanaşı, “Azərkimya” İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb. Zavodun fəaliyyətini dayandırması ilə əlaqədar daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün Azərbaycan Dövlət Neft Şirkəti fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın almağa başlayıb. Bunlar Rusiya, Rumıniya və Türkmənistan şirkətləridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region