Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi azalıb
07:42 02.01.2020
İqtisadiyyat
489
Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi ötən ilin noyabr ayı ərzində aşağı düşüb. “APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, hesabat ayında manatla depozitlər üzrə orta faiz 0,24 faiz bəndi azalaraq 9,31%, xarici valyutada isə 0,09 faiz bəndi azalaraq 1,93% təşkil edib.
Hesabata əsasən, 2019-cu ilin dekabrın 1-nə fiziki şəxslərin manat depozitlərində orta faiz dərəcəsi 9,76%, xarici valyutada yerləşdirilən əmanətləri üzrə isə 2,45% enib.
Bu müddətdə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34%-dən 14,18%-ə, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,69%-dən 6,16%-ə enib.
Hesabata əsasən, fiziki şəxslərə xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsində 2,74% azalaraq 8,87%, manatla kreditlər isə 0,17% azalaraq 16,96% olub.
Qeyd edək ki, ilin əvvəlindən fiziki şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsində kəskin azalma qeydə alınıb. Belə ki, cari il yanvarın 1-nə bu kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi 14,67% təşkil edib.
AMB-nin məlumatına görə, manatla verilmiş banklararası kreditlərin orta faiz dərəcəsi noyabr ayı ərzində 0,02% bəndi azalaraq dekabrın 1-nə 9,16%-ə enib. Xarici valyutada isə bu kreditlərin orta faiz dərəcəsi 0,36% bəndi artaraq 3,40%-ə yüksəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya