BP Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək
Yusif Nəzərli
08:15 02.11.2022
İqtisadiyyat
344
Bu ilin sonuna qədər BP şirkəti Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək.
"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel müzakirələrdə çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, hazırda BP-nın layihəsi əsasında 11 kiçik su elektrik stansiyasından artıq 4-ü bərpa edilib: "İlin sonuna qədər 54 meqavatlıq 11 stansiyanın bərpası nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi ilə birlikdə digər stansiyaların da bərpa edilməsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində işləri davam etdirəcəyik".
E. Soltanov deyib ki, işğaldan azad edilmiş ərazilərdə istehlak olunan enerjinin əldə edilməsində yaşıl mənbələrdən istifadə olunacaq və təbii qazdan istifadə məhdud sayda təşkil edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət