Deputatdan narazılıq:"Qiymət artımları obyektiv deyil"
Deputatdan narazılıq:"Qiymət artımları obyektiv deyil"
Yusif Nəzərli
07:58 20.09.2022
İqtisadiyyat
437
Vahid Əhmədov: "Ərzaq məhsullarına tətbiq edilən ƏDV-ni aradan götürməklə bahalaşmanın qarşısını almaq olar"
Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda komitənin üzvləri və bir sıra rəsmi şəxslər iştirak ediblər. Millət vəkili Vahid Əhmədov qiymətlərin bahalaşmasından və işsizlikdən danışıb. Deputat bildirib ki, işsizlik məsələsi problem olaraq kifayət qədər böyükdür: “Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi, eləcə də aidiyyəti qurumlarla bununla bağlı görüş keçirək. İkinci böyük problem inflyasiyadır. Bunun üçün biz ƏDV-ni differensiallaşdırmalıyıq. Biz hər məhsula 18 faiz ƏDV tətbiq edə bilmərik. Ərzaq məhsullarında bu tələbi dəyişmək qiymətlərin qismən azalmasına səbəb ola bilər. Hökumət ərzaq məhsullarına 0 faiz gömrük rüsumu tətbiq etməlidir. Çünki ərzaq məhsullarının qiyməti yüksəkdir, əhalinin gəlirləri bunu ödəmir. Qiymət artımları bu gün heç də obyektiv deyil. Buna nəzarət edilməlidir. 8 ayın yekunları onu göstərir ki, biz ilin axırına inflyasiyanı kifayət qədər azalda bilərik. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Hökumət üzvləri ilə danışıb bu layihənin payız sessiyasında qəbul edilməsi barədə razılıq əldə etməliyik. Hazırkı şəraitdə bu məcəllənin qəbul edilməsi çox vacibdir”.
Komitə sədri Tahir Mirkişili cavabında qeyd edib ki, işsizliyin həlli yalnız dövlət üzərində olmamalıdır:
“Sizin bu təklifi yüksək dəyərləndirirəm və bu görüşə bir sıra özəl sektor, kiçik assosiasiyaları da dəvət edə bilərik. ƏDV ilə bağlı Dövlət Vergi Xidməti ilə müzakirələr apara bilərik. Amma bunun qiymət artımına necə təsir edəcəyini tam bilmirəm. Çünki Türkiyədə ərzaq məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi qiymət artımına təsir etmədi, əksinə, dövlət həmin vergini də itirdi”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib ki, real sektorun inkişafı üçün Bank Məcəlləsinin qəbul edilməsi vacibdir. Deputat bildirib ki, real sektorun mütləq əksəriyyəti banklarla bağlıdır: “Banklarda faiz dərəcələrinin aşağı salınması, real sektorun inkişafına şərait yaratması üçün Bank Məcəlləsinin qəbul edilməsini vacib hesab edirik. Üçüncü istiqamət isə Büdcə Məcəlləsinin qəbul edilməsi ilə bağlıdır. Üçüncü blok məsələ isə sosial məsələlərin tənzimlənməsi ilə bağlıdır. Bu qanunların bir hissəsi Əmək və sosial siyasət komitəsinə, bir hissəsi isə bizə aiddir. Biz bir neçə qanuna dəyişiklik hazırlamışıq. Yaşayış minimumu, minimum əməkhaqqı və ehtiyac meyarı ilə bağlı hər zaman qaldırdığımız məsələ var idi. Sənədlərdə yaşayış minimumu anlayışı havada asılı vəziyyətdədir. Bundan başqa Rəqabət Məcəlləsinin də qəbul edilməsini çox vacib hesab edirik”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə xarici ticarəti tənzimləyən qanun qəbul edilməsini təklif edib: "Xarici ticarətlə bağlı yeni qanun layihəsinin qəbuluna ehtiyac var”. Komitə sədri bildirib ki, xarici ticarəti tənzimləyən ayrıca qanun yoxdur: “Payız sessiyasında bu layihə ilə bağlı da işlər görülə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya