“Ətin qiyməti yenə artacaq”
Yusif Nəzərli
12:50 28.09.2022
İqtisadiyyat
1033
"Ölkəmizdə son bir ildə heyvanların yem məhsulları və qalıqlarının qiyməti kifayət qədər yüksəlib”
“Bu da avtomatik olaraq ətin maya dəyərini artırıb”
Azərbaycanda əhalinin avqustda əsas istehlak səbətinə daxil olan ətin qiymətləri yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, avqust ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 11.35 manatdan 11.68 manata qalxıb. Beləliklə, aylıq bahalaşma faizi 2.9 faiz olub. Bu da 2017-ci ilin martında qeydə alınmış aylıq 6.9 faizlik bahalaşmadan sonra ən yüksək göstəricidir.
Bahalaşmanın səbəbləri barədə "Sherg.az"a danışan Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bunu bir neçə amillə izah edib:
"Ölkəmizdə son bir ildə heyvanların yem məhsulları və qalıqlarının qiyməti kifayət qədər yüksəlib. Bu da avtomatik olaraq ətin maya dəyərini artırıb. Digər tərəfdən idxaldakı problemlər də qiymət artımına öz təsirini göstərib. Biz həm toyuq, həm də mal ətininin beş min tonunu Ukraynadan gətirirdik. Ukraynada baş verən hadisələr də bu ixracın reallaşmasına bir sıra problemlər yaratdı. Başqa bir məqam isə çoxunun diqqət etmədiyi bir nüansıdır. Deməli, son dönəmlərdə bizdə heyvan yemlərinin qiymətləri bu qədər qalxsa da, heç bir tədbir görülmədi. Belə olduqda istehsalçıların, fermerlərin bu işdən pul qazanmağı çətinləşdi. Onlar da istər-istəməz fermalarda və ya ailə təsərrüfatlarında olan heyvanlarını satışa çıxardılar. Hətta dişi, damazlıq üçün saxlanılmalı olan heyvanları da kəsimə göndərdilər. Vəziyyəti pisləşdikcə itehsalçı buna məcbur qaldı. Dolayısıyla bu prosesdən sonra damazlıq heyvanların sayı azaldı. Bir müddətdən sonra isə bu ümumi ət kütləsinin azaltdı. Beləcə ətin qiymətində xeyli artım oldu. Köklü problem də budur.
Bugünkü vəziyyət reallığı əks etdirir. Hələ payıza doğru getdikcə , mövsümü meyvə-tərəvəzlər aradan qalxdıqca, yaramış tələbata görə ətin mövcud qiymətləri daha da artacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq