Hökumət iki il ərzində antiinflyasiya tədbirlərinin nəticələrini açıqlayıb
Hökumət iki il ərzində antiinflyasiya tədbirlərinin nəticələrini açıqlayıb
11:16 18.03.2024
İqtisadiyyat
518
Azərbaycanda inflyasiya 2023-cü ilin I rübündən sonra azalmağa başlayıb.
Bu, Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”ində əksini tapıb.
Qeyd edilib ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamı imzalayıb.
Görülmüş tədbirlərin nəticəsində artıq 2022-ci ilin doqquzuncu ayından başlayaraq orta illik inflyasiya sabitləşməyə başlayıb, orta aylıq inflyasiya isə sentyabrdan dekabra qədər 3.1%-dən 1%-ə qədər azalıb. 2022-ci ildə illik inflyasiya 14,4 faiz (2022-ci ilin dekabr ayı 2021-ci ilin dekabr ayına nəzərən), orta illik inflyasiya isə 13,9 faiz təşkil edib. Təhlillər göstərib ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır: “İdxal üzrə illik qiymət indeksinin artımı 22,2% oldu ki, bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, habelə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya templərinin artması (orta illik inflyasiya 20,4%) ilə izah edilirdi. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərdi (2022-ci ilin dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 551,08 manat təşkil etmişdi). 2022-ci ilin son rübündə inflyasiyanın artım tempi dayandırıldı və sabitləşdi, enmə meylləri müşahidə olundu. Ancaq bununla belə, il ərzində ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərini minimallaşdırmaq məqsədilə hökumət tərəfindən antiinflyasiya tədbirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirildi”.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin sonunda 12 aylıq inflyasiya 2,1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb. 2023-cü ildə orta illik inflyasiya birrəqəmli səviyyədə 8,8% olub.
Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq dekabrda 2,3% olmuş, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilmişdir. Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8%, qeyri-ərzaq məhsulları üzrə 2,7%, xidmətlər üzrə isə 3,7% təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət