Komitə sədri: “Ya inflyasiyaya gedilməli, ya da qlobal iqtisadi böhran elan edilməlidir”
Yusif Nəzərli
07:32 03.11.2022
İqtisadiyyat
562
“Rusiya-Ukrayna müharibəsi dünyanın iqtisadi mənzərəsini ağırlaşdırır”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2023-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Rusiya-Ukrayna hərbi əməliyyatları dünya bazarlarında kəskin bahalaşma yaradıb və inflyasiya təzyiqlərini yüksəldib.
"Bu gün dünya qiymət artımı, ərzaq qıtlığı ilə üz-üzədir. Qlobal bazarlar monetar və fiskal təhdidlərlə qarşı-qarşıyadır”, - deyə komitə sədri bildirib.
Deputat əlavə edib ki, dünya indi iki seçim qarşısındadır:
“Düşünülür ki, ya inflyasiyaya gedilməli, ya da qlobal iqtisadi böhran elan edilməlidir. Hələlik birinciyə üstünlük verilir”.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda iqtisadi böhranlardan sığortalanmaq üçün uğurlu inkişaf strategiyası hazırlanıb. Azərbaycan açıq siyasət indeksində 81-dən 44-ə qədər yüksəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil