“Manata təhlükə realdır” – ŞƏRH
Banuçiçək Kalbalıyeva
11:14 10.08.2020
İqtisadiyyat
962
“Manatın kursunu müəyyənləşdirən əsas amil neftin qiymətidir”
“Neftin qiymətinin 40, 45 dollardan aşağı olduğunu nəzərə alaraq manatın məzənnəsinin aşağı düşəcəyi də təəccüblü deyil”
“Kursun stabil saxlanılması üçün məmur sahibkarlığının sıradan çıxarılması şərtdir”
İndiki dövrdə vətəndaşlarımızı ən çox narahat edən məsələlərdən biri də manatın məzənnnəsi ilə bağlıdır. Belə ki, payıza doğru manatın dollar qarşısında tab gətirə bilməyərək, “üzən məzənnə”yə keçməsi ehtimal olunur. İqtisadçılar da bunu istisna etmirlər. Ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında manata olan təhlükəni real hesab etdiyini deyib:
“Manatın kursunu müəyyənləşdirən əsas amil neftin qiymətidir. Neftin qiymətinin 40, 45 dollardan aşağı olduğunu nəzərə alaraq manatın məzənnəsinin aşağı düşəcəyi də təəccüblü deyil. Kursun stabil saxlanılması üçün məmur sahibkarlığının sıradan çıxarılması şərtdir”.
N.Bəydəmirlinin fikrincə, manatın məzənnəsinə təsir dən yeganə məqam neftin qiyməti deyil:
“Əgər biz adətimiz üzrə səbəbləri görməzdən gəlib nəticəni həll etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Təəssüf ki, ölkə iqtisadiyyatında məmur sahibkarlığı dominant mövqedə durur. Bunun qarşısını almaq lazımdır. Neft baha qiymətə satılsa da, gəlir çox azdır. Prezident bu yaxınlarda SOCAR-la bağlı nitqində də həmin məsələyə toxundu. Ona görə prosesə nəzarət edən bir ictimai qurum olmalıdır. Daxili rəqabətli mühit yaradılmalı, xaricdən asılılıq minimuma endirilməlidir. Əks halda manatın məzənnəsinin aşağı düşəcəyindən ən çox əziyyət çəkən sadə vətəndaşlar olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm