Maykl Harms Ələt Azad İqtisadi Zonasını ziyarət edib
14:55 01.03.2024
İqtisadiyyat
630
Almaniya Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə Assosiasiyanın icraçı direktoru Maykl Harmsın rəhbərliyi altında aparıcı alman şirkətlərindən ibarət nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.
Trend xəbər verir ki, səfər zamanı Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ƏAİZ-in fəaliyyəti, strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə mühəndis kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır ərazi-daxili və ərazi-xarici torpaq sahələri və investorlar üçün təklif olunan maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, “Silk Way AFEZCO” şirkətinin icraçı direktoru Cavad Dbila nümayəndə heyətini ƏAİZ-in ərazisində tikiləcək karqo hava limanı haqqında məlumatlandıraraq bildirib ki, sözügedən hava limanı ƏAİZ-in investorları və digər müştərilər üçün hava ilə beynəlxalq yükdaşıma nəqliyyatı xidmətləri göstərəcək. Ardınca, “Silk Way Group” şirkətinin prezidenti Zaur Axundov karqo hava limanının strateji əhəmiyyəti və ƏAİZ-in investorları və digər müştərilər üçün faydalarından bəhs edib.
Görüş sual-cavab sessiyası ilə başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya