Mikayıl Cabbarov: “Dövlətin qarşısına yeni çağırışlar çıxır”
15:55 29.01.2020
İqtisadiyyat
838
“Dünya İqtisadi Forumu unikal bir platformadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumuna hər il dəvət alan və xüsusi sessiyalarda iştirak edən dünya liderləri sırasındadır”.
Trend-in məlumatına görə, bunu İctimai Televiziyada "Diqqət mərkəzində" verilişində qonaq olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, Azərbaycan iqtisadi maraqlar prizmasından dayanıqlı inkişaf məqsədlərini əsas götürərək Davos Forumunun işindən maksimal dərəcədə faydalanmağa çalışır.
"Bu, həmin formatda bir sıra səbəblərə görə mümkün olur. Birincisi ona görə ki, forumda dünya biznes liderləri, regiona marağı olan şirkətlərin, beynəlxalq inkişaf qurumlarının rəhbərləri, nümayəndə heyətləri iştirak edir. Forum çərçivəsində keçirilən istər ikitərəfli, istərsə də çoxtərəfli görüşlərdə, müzakirələrdə, sessiyalarda bu və ya digər ölkələrin iqtisadiyyatı ilə bağlı birbaşa müzakirələr aparılır, vacib və mühüm investisiya layihələri təqdim edilir. Bir sözlə, qərarlar qəbul edilir və rəy formalaşır. Ona görə də düşünürəm ki, ölkəmiz üçün Dünya İqtisadi Forumunun əsas əhəmiyyəti məhz bu imkanlardan mümkün qədər geniş istifadə etməkdir", - o vurğulayıb.
M.Cabbarov qeyd edib ki, Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir: "Biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Bu, iqtisadi, o cümlədən sosial həyatın transformasiyasına təsir edir. Digər tərəfdən dövlətin qarşısına yeni çağırışlar çıxır. İqtisadiyyatın rəqəmsallaşması, innovasiyalar və süni intellekt sahələrinin, habelə yeni iqtisadi sektorların inkişaf etdirilməsi, vətəndaşların bu sahələrdə zəruri olan bilik və bacarıqlarının artırılması istiqamətində müvafiq dövlət siyasətinin həyata keçirilməsini tələb edir. Bununla yanaşı, innovativ düşüncəni, innovativ biznesi təşviq edən ekosistemin yaradılması əsas məsələlərdəndir. Davos İqtisadi Forumunun təsisçisi Klaus Şuap da yüksək potensiala malik olan, sözügedən sahələrin vacibliyini dərk edən və bunu öz daxili siyasətlərində təşviq edən ölkələrlə əməkdaşlıq təşəbbüsü ilə çıxış etdi. Azərbaycan həqiqətən də bu sənədin imzalandığı nadir ölkələrdəndir. Bu sənədin çərçivəsi ondan ibarətdir ki, növbəti aylar ərzində mərkəzlə Azərbaycanın müvafiq strukturları və qurumları arasında müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq ölkəmizdə dördüncü sənaye inqilabı çərçivəsində prioritet sahə kimi müəyyənləşmiş rəqəmsal ticarətin inkişaf etdirilməsi, genişləndirilməsi, bu sahədə layihələrin ortaya qoyulması, dövlət siyasətinin tətbiqi yoxlanılacaq".
İqtisadiyyat naziri əlavə edib ki, bu mərkəz bölgədə ilk dəfə yaradılır: "Bölgə dedikdə, mən Xəzəryanı ölkələri, Orta Asiya və Cənubi Qafqazda yerləşən ölkələri nəzərdə tuturam. Bu məsələnin vacibliyinə toxunsaq, ilk növbədə onu vurğulamaq lazımdır ki, ölkəmizdə innovativ iqtisadiyyatın inkişafı prioritet sahələrdən biri kimi qeyd edilib. Cənab Prezidentin müvafiq qərarı ilə startap sahəsində ixtisaslaşmış təşkilat və Prezident Administrasiyasında bu məsələlərə cavabdeh olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsi təsis edilib. Bu, dövlətin bu sahəyə verdiyi önəmin aydın göstəricisidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya