
Millət vəkili: Azərbaycan Avropanın 10, Aİ-nın isə 8 ölkəsinə qaz ixrac edir
13:34 02.05.2025
İqtisadiyyat
782
Azərbaycan Avropanın enerji təəhlükəsizliyində yaşıl enerjisi ilə iştirak etməyə başlayır
Azərbaycan Rumıniya və Bolqarıstanla qaz-enerji məsələlərini müzakirə edib
Azərbaycan Rumıniya və Bolqarıstanla qaz-enerji məsələlərini müzakirə edib. Energetika naziri Pərviz Şahbazov Türkiyədə Rumıniya və Bolqarıstanlı həmkarları ilə görüşüb. "APA-Economics" xəbər verir ki, bunu Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Paylaşımda qeyd olunub ki, İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, qaz tədarükü və enerji əməkdaşlığının gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr apardıq. Türkiyədə Bolqarıstanın energetika naziri Jeço Stankov ilə səmərəli görüş keçirdik. Qaz tədarükü və tranziti üzrə əməkdaşlığımızın inkişafı perspektivlərini, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi”l ayihəsinin icrası və Bolqarıstanın qazlaşdırılması istiqamətlərində irəliləyişləri nəzərdən keçirdik.
Millət vəkili Azər Badamov Sherg.az-a söyləyib ki, Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun Bolgarıstanlı həmkarı arasında Türkiyədə keçirilmiş görüş və müzakirə olunan məsələlər nəinki Bolqarıstanın, həm də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakının zəruriliyin göstəricisidir:

"Azərbaycan Avropanın 10 ö, Aİ-nın isə 8 ölkəsinə qaz ixrac edir. Avropaya ixrac etdiyimiz qazın bir hissəsi Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə Bolqarıstan üzərindən şaxələndirilir. O cümlədən Bolqarıstanın qaz şəbəkəsinin qurulmasında ölkəmizin iştirakı müzakirə olunan mövzulardandır. Həmçinin yaşıl dəhlizlə bağlı məsələ də perespektivli və aktualdır. Çünki, Yaşıl Dəhliz Məşvərət Şurasına daxil olan ölkələrlə Azərbaycan-Gürcüstan -Türkiyə və Bolqarıstan arasında imzalanmış razılıqlara əsasən Qara dənizin dibi vasitisilə yaşıl kabelin çəkilməsi məsələsi reallaşmaq üzrədir. Ümumiyyətlə, Azərbaycan Avropanın enerji təəhlükəsizliyində yaşıl enerjisi ilə iştirak etməyə başlayır. Bu baxımdan energetika nazirimizin Bolqarıstanlı həmkarı ilə keçirdiyi görüşün enerji gündəliyimizin inkişaf etdirlməsi nöqtəyi nəzərindən əhəmiyyətli olduğunu hesab edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm