TƏKLİF:“Sosial sığorta maaş və pay torpaqları ilə əlaqələndirilməsin!”
Turan
14:36 18.03.2020
İqtisadiyyat
827
Vüqar Bayramov: “Məbləğ artdıqca, ödəniş də çoxalır və vətəndaş daha çox ödəniş etmək məcburiyyətində qalır”
“Pay torpaqları ilə bağlı müəyyənləşdirilmiş məbləğin simvolik olması daha məqbuldur”
Ötən gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclası keçirilib. İclasda “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Müzakirələrdə iştirak edən komitə üzvü, millət vəkili Vüqar Bayramov “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi zəruri olduğunu vurğulayıb. İqtisadçı deputat bildirib ki, bəzi insanların rəsmi iş yerləri olmadığı üçün onlar bəzi məsələlərdə problemlər yaşayırlar. Komitə sədri Musa Quliyev isə “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi, əlavə və dəyişikliklərlə bağlı məsələ üzərində çalışmağı Vüqar Bayramova tapşırıb. M.Quliyev bildirib ki, bu barədə layihə yaz sessiyasına çatmasa, payız sessiyasında Milli Məclisə təqdim edilə bilər. Komitə sədri eyni zamanda vurğulayıb ki, müvafiq qurumlar da bu layihənin hazırlanmasına cəlb edilməlidir.
Qanuna nəzərdə tutulan dəyişikliklərlə bağlı “Şərq”ə danışan millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib ki, “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi çox vacibdir. Deputat xatırladıb ki, 2020-ci ilin yanvarın 1-dən etibarən bir sıra yeni qaydalar tətbiq olunmağa başlanılıb:
“Sosial sığorta minimum əməkhaqqı ilə əlaqəli olduğuna görə, indiki sosial sığorta haqqları çox yüksəkdir. Nəzərə alsaq ki, 2019-cu ildə minimum əməkhaqqı 2 dəfəyə yaxın artaraq 130 manatdan 250 manata qədər yüksəlib, o zaman sosial sığorta ödənişlərindəki artımı da görərik. Təbii ki, minimum əməkhaqqının artması təqdirəlayiq haldır. Sosial təminatın yüksəldilməsi baxımından vacib bir addımdır. Lakin əməkhaqqının artışı parallel olaraq sosial sığorta ödəmələrini də artırır. Bu isə o deməkdir ki, hazırda xidməti müqavilə ilə çalışan və 250 manat gəlir əldə edən vətəndaşımız 62 manat 50 qəpik sosial vergi ödəyir. Məbləğ artdıqca, ödəniş də çoxalır və vətəndaş daha çox ödəniş etmək məcburiyyətində qalır. Bu da kifayət qədər yüksək məbləğdir. O baxımdan mövcud qaydaların dəyişdirilməsinə və sosial sığortanın əmək haqqı ilə əlaqəsinin aradan qaldırılmasına ehtiyac var”.
İqtisadçının sözlərinə görə, digər mühüm məqam pay torpaqları ilə bağlıdır:
“Pay torpaqlarına sahib olan vətəndaşlarımız bu ilin yanvarından etibarən sosial sığorta haqqı ödəyirlər və qeydiyyata düşürlər. Əlbəttə, pay torpaqlarına sahib olan şəxslərin qeydiyyata düşməsi təkmilləşdirmə baxımından yaxşı haldır. Amma qanunlar üçün müəyyənləşdirilmiş məbləğin simvolik olması daha məqbuldur. Çünki bəzi hallarda pay torpağının sahibləri heç də yüksək gəlir əldə etmirlər. O baxımdan hesab edirik ki, qanunda nəzərdə tutulan əlavə və dəyişikliklər daha çox sosial ödənişlərin azaldılması və optimallaşdırılması üzərində qurulmalıdır. Sosial ödənişlərin optimallaşdırılması xidməti müqavilə ilə çalışanların, torpaq sahiblərinin daha az ödəniş etməsinə və əldə etdikləri gəlirin çox hissəsinin onların sərəncamında qalmasına gətirib çıxara bilər. Bu da sosial təminatın daha da yüksəldilməsi baxımından vacib hesab olunur”.
V.Bayramovun qənaətincə, qanunda nəzərdə tutulan dəyişikliklərin müvafiq dövlət qurumları ilə müzakirəsinə ehtiyac var:
“Qanunun yenilənməsi və vurğulanan məqamların diqqətə alınması zəruridir. Biz millət vəkilləri olaraq qanunu dərindən öyrəndikdən və digər məsələlərə vaqif olduqdan sonra uyğun dövlət qurumları, Vergilər, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə müzakirələr aparacağıq. Qurumlarla müzakirələrdən sonra qanunun komitədə yenidən müzakirəsi mümkündür. Əlavə olaraq deyim ki, sosial ödənişlərdə ünvanlığı təmin etmək üçün “Gəlirlərin deklorasiyası haqqında” qanunun qəbul olunması məqsədəuyğundur. Bu qanunu qəbul etməklə hər bi ev təsərrüfatının gəlirini müəyyənləşdirmək və sosial yardımlarda tam ünvanlığı təmin etmək mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə