
Türkiyədə stabilləşmə və infliyasiyanın aşağı düşməsi baş verəcək -PROQNOZ
12:38 14.03.2024
İqtisadiyyat
717
İstanbul sərbəst bazarında günə 1 dollar 32,1280 lirə, avro isə 35,2910 lirədən başlayıb.
Sərbəst bazarında 32,1260 lirədən alınan dollar 32,1280 lirədən satılır. 35.2890 lirədən alınan avronun satış qiyməti isə 35.2910 lirə olaraq müəyyənləşib.
Qeyd edək ki, dünən dolların satış qiyməti 32.0980 lirə, avronun satış qiyməti isə 35.1120 lirə olub.
İqtisadçı - ekspert Xalid Kərimli “Sherg.az”a bildirib ki, türk lirəsinin ucuzlaşmasının bu il ərzində tədricən dayanacağı gözlənilir:

“Türkiyə Mərkəzi Bankının apardığı faiz siyasəti və israrlı şəkildə inflyasiyanı aşağı salmaqla bağlı addımları ötən ilin ikinci yarısından, yəni Türkiyədə prezident seçkilərindən sonra tutduqları xətt üzrə davam edir. Mərkəzi Bankın sədri Hafizə Qaye Erkan istefa verməyinə baxmayaraq, onun yerinə gələn Fatih Karahan da bu siyasəti davam etdirir. Hazırda Türkiyədə faiz dərəcələri 5% -dir. Türkiyə Mərkəzi Bankının bəyanatlarından da başa düşmək olur ki, Türkiyə inflyasiyanı aşağı salmaq üçün addımları davam etdirəcək. Hazırda inflyasiya yüksəkdir, ona görə də lirənin dəyərdən düşməsi davam edir. İlin ikinci yarısına keçid zamanı isə inflyasiya aşağı düşəcək, Mərkəzi Bankın apardığı sərt pul-kredit və faiz siyasətinin nəticəsi bəhrə verəcək. İnvestorların türk lirəsinə marağı artacaq, dövlət və şirkət istiqrazları səhmlərini isə almağa başlayacaqlar. Nəticə etibarı ilə bu Türk lirəsinin sonrakı ucuzlaşmasını aşağı salacaq. Amma Türkiyə lirənin möhkəmlənməsində maraqlı bir siyasət həyata keçirmir. Türkiyə iqtisadiyyatı istehsal və ixrac yönlü olduğu üçün onlara maraqlı olan odur ki, lirə hər zaman zəif olsun. Ümumiyyətlə son illərdəki sürətli zəifləmə olmayacaq. Yəni getdikcə stabilləşmə və infliyasiyanın aşağı düşməsi baş verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət