Xarici investorlar Azərbaycanda qeyri-neft sektoruna maraq göstərmir
Yusif Nəzərli
10:17 29.10.2022
İqtisadiyyat
548
“Banklara birbaşa daxil olmağa şərait yoxdur, bunun üçün rəqabətli mühit yaradılmalıdır”
" Xarici investorların ölkəmizdə neft sektorundan fərqli olaraq, qeyri-neft sektoruna gəlməyə marağı yoxdur". Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında deputat Əli Məsimli deyib: “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunun qəbulu investorların neftdənkənar sektora cəlb edilməsi üçün çox vacibdir. Bu qanunda qardaş ölkə Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin təcrübəsindən istifadə edilməsi yaxşı haldır, amma istisnalar var. Qeyd edildiyi kimi, MDB ölkələrinin təcrübəsində də çatışmazlıqlar var, onlar nəzərə alınıbmı? Ona görə də bu çatışmazlıqlar qanunda əks olunmalıdır”. Deputat vurğulayıb ki, maliyyə təminatı sahəsində qanunun inkişaf etdirilməsinə ehtiyac var: "Qanunda dövlət-özəl tərəfdaşlığı hissəsi təkmilləşdirilməlidir, layihədə çox ümumi xarakterli məlumatlar var. Azərbaycanda yerli investorlarla bağlı problemlər var. Bu gün qanunun tələblərinə cavab verən şirkətlər bəllidir. Hamı üçün şərait yaradılacaqsa, qanunda maddələr genişlənməlidir”.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna xarici investisiyaların cəlbi həmişə diqqət mərkəzində olan məsələlərdən biridir. İqtisadiyyatı və ixracı şaxələndirməklə (diversifikasiya etməklə) neft-qaz gəlirlərindən asılılıq səviyyəsinin azaldılmasına qısa müddətdə nail olmaq istəyən Azərbaycan üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Xarici investisiyaların böyük əksəriyyətinin hələ də neft sektoruna yönəldiyini vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, xarici investorların Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlı olmamasının bir neçə səbəbi var: “Hər bir ölkənin biznes və investisiya mühitinin vəziyyəti həmin ölkənin xarici investisiyalar cəlb etmək və kiçik və orta müəssisələri inkişaf etdirmək qabiliyyətini müəyyən edən başlıca amildir. Transmilli müəssisələr sağlam biznes mühitinə malik, yəni xərclərin, gecikmələrin və riskin minimum səviyyədə olduğu ölkələrə investisiya yatırmağı üstün tuturlar. Bundan əlavə, kiçik və orta müəssisələrin inkişaf etmək imkanları müxtəlif vergi və tənzimləmələrlə yüklənməmiş bir mühitdə daha yüksəkdi. Azərbaycan iqtisadiyyatının üzləşdiyi əsas problemlərdən biri də məhz birbaşa xarici investisiyaların azalmasıyla bağlıdır. Xüsusən qeyri-neft sektoruna, istehsal, emal sənayesi və kənd təssərrüfatına birbaşa xarici investisiyaların azalması iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft iqtisadiyyatının davamlı inkişafı, idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması istiqamətində qarşıya qoyulan hədəflərə nail olmaqda əsas maneə kimi qeyd oluna bilər”.
Azərbaycanda biznes sektorunda sərmayələrin qoyuluşu üçün stimul olmadığını vurğulayan ekspert deyib ki, banklarda kredit faizləri yüksəkdir və ölkə daxilində investorlar sərmayə qoyuluşuna maraq göstərmirlər: “Elə istehsal sahələri var ki, həmin sahələr yaradılandan sonra 3-5 il gəlir əldə etmir. İstehsalın təşkili, tikinti işləri, yeni bazarların tapılması vaxt aparır. Sahibkar 3 il ərzində həm işləri yoluna qoymalı, həm də bu müddət ərzində götürdüyü kreditin faizini verməlidir. Digər tərəfdən, xarici investorların, bankların birbaşa daxil olması üçün bizdə şərait yoxdur. Bunun üçün rəqabətli mühit yaradılmalıdır. Bəzi süni maneələr aradan qaldırılmalıdır ki, xarici sərmayədarlar ölkə iqtisadiyyatına investisiya qoymaqda maraqlı olsunlar. Hərtərəfli əlverişli şərait yaradılmasa, qeyri-neft sektoruna sərmayə qoyuluşu artmayacaq. Azərbaycan uzun müddətdir ki, iqtisadiyyatının şaxələndirilməsindən danışır və burada ilk növbədə, iki sahə həmişə önə çıxıb - kənd təsərrüfatı və turizm. Amma təəssüf ki, ölkənin makroiqtisadi göstəricilərinə nəzər salsaq, neft-qaz amili büdcənin formalaşmasında və xarici ticarətdə böyük əhəmiyyətə və təsirə malikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
11:25 18.05.2026
Gündəm
KİV: Tramp Ağ Evdə helikopter meydançası tikməyi düşünür
11:21 18.05.2026
Dünya