Bu həftəsonu Ay kiçiləcək
12:35 09.04.2025
Maraqlı
575
Aprelin 12-də, şənbə axşamı tam Ay Yerdəki müşahidəçilərə adi halından daha fərqli formada görünəcək: bir qədər kiçik və parlaqlıq baxımından daha zəif. Bu hal mikroay adlanır və onu çılpaq gözlə görmək olduqca çətin olacaq, çünki fərq çox azdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Associated Press" (AP) nəşri məlumat verib.
Məlumata görə, mikroay Ayın öz orbitində Yerdən ən böyük məsafədə olduğu zaman yaranır. Bu, daha məşhur olan superaya əks haldır, hansı ki, o zaman Ay həmişəkindən daha çox yaxınlaşır və bir qədər böyük, parlaq görünür.
Mikroayı görmək üçün şənbə axşamı küçəyə çıxmaq və səmanın yaxşı göründüyü yer tapmaq kifayətdir. Baxmayaraq ki, ölçü və parlaqlıqdakı dəyişikliklər nəzərə çarpmaya bilər, lakin bu, nadir və maraqlı astronomik hadisədir.
Belə hadisələr ildə bir neçə dəfə tam Ayın fazası onun orbitinin müəyyən hissələri ilə üst-üstə düşdükdə baş verir. Növbəti mikroay may ayında gözlənilir, ilin sonunda isə ard-arda üç superay olacaq - oktyabr, noyabr və dekabr aylarında.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya