BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib
18:52 01.10.2025
Gündəm
372
BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya ötürülüb.
Trend xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vasili Nebenzya, şuranın oktyabr ayı üzrə gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.
Diplomat bildirib ki, oktyabr ayında TŞ-nin diqqət mərkəzində Yaxın Şərq, Afrika və digər regional məsələlər olacaq. O qeyd edib ki, şura 23 oktyabrda Yaxın Şərq mövzusunda açıq debat təşkil edəcək və BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi Ramiz Ələkbərov TŞ-də çıxış edəcək.
Səfir vurğulayıb ki, 24 oktyabr – BMT Günündə, BMT Nizamnaməsinin qüvvəyə minməsinin 80 illiyi münasibətilə xüsusi debat keçiriləcək:
"Bu debat BMT-nin yalnız keçmişin mirası olmadığını, eyni zamanda bu gün və gələcək üçün ən vacib çağırışları həll etməkdə unikal mexanizm olduğunu göstərmək üçün fürsət olacaq."
Oktyabrın 6-da isə qadınların sülh və təhlükəsizlikdə roluna həsr olunmuş debat təşkil olunacaq. Nebenzya bildirib ki, bu debat TŞ-nin 1325 saylı qətnaməsinin qəbulundan 25 il keçməsinə həsr olunacaq.
Diplomat həmçinin Afrika İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edib.
Səfir İranla bağlı "snapback" mexanizmini qeyri-legitim hesab etdiklərini bildirib:
"Bizim üçün bu mexanizm mövcud deyil, 2231 saylı qətnamə isə 18 oktyabr 2025-ci ilədək qüvvədə qalacaq."
Nebenzya əlavə edib ki, hazırda Ukrayna məsələsi TŞ-nin gündəliyində yer almır, lakin üzv ölkələr müraciət edərsə, müzakirəyə çıxarıla bilər:
"BMT Təhlükəsizlik Şurasının iş metodları 80 ildir dəyişməz qalıb. Rusiya sədrlik müddətində prosedurların qorunmasına, nizam-intizama və effektivliyə ciddi diqqət yetirəcək," – deyə səfir qeyd edib.
Diplomat həmçinin bildirib ki, Təhlükəsizlik Şurasının oktyabr gündəliyinə yeni baş katibin seçilmə prosesinin başlanması da daxil olacaq. Onun sözlərinə görə, ilin sonuna qədər BMT TŞ və Baş Assambleya rəhbərlərinin birgə məktubu ilə prosedura start verilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual