Canəli Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev C.X.Əkbərovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Sherg.az"AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1 ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".