Bəhram Bağırzadə səhnəyə nə vaxt qayıdır? – Açıqlandı

Bir müddət öncə koronavirus infeksiyasından sağalan tanınmış aktyor, əməkdar artist Bəhram Bağırzadənin səhhəti xeyli yaxşılaşıb. Sənətçi bu gün şəhərdə restoranların birində görüntülənib. Çay içərkən İnstaqram səhifəsində canlı yayım açan sənətçi izləyicilərinin suallarını cavablandırıb.

“Sherg.az” xəbər verir ki, o konsert proqramlarına nə vaxt qayıdacağı haqqında danışıb:

“Səhnəyə çıxıb oynamaq indi mənim üçün çox çətindir. İnşallah vaxt, zaman keçəndən sonra bilinəcək. Bu yaxınlarda Tahir İmanovla danışdım.Dedi ki, dekabra qədər konsert olmayacaq. 2021-ci il  xoş gəlsin, yaxşı olsun. Bəlkə aprel ayında konsertimiz oldu.”