Hamı dua edir ! - “Əsgərlərimiz zəfərin şəhidi deyil, şahidi olsunlar”

“Sherg.az” zəfərə addımladığımız tarixi günlərdə tanınmış sənətkarlar, sevilən simalar ilə həmsöhbət olmağa davam edir. Rəşadətli ordumuzun zəfərlərinin onlara necə təsir bağışladığını öyrənir. Sevilən xanəndə Fərqanə Qasımova təəssüratlarını bizimlə bölüşüb. Sənətkar hərbçilərimizlə qürur duyduğunu söyləyərək ürək sözlərini dilə gətirib:

“Çox sevinirik ki, qələbə bizimlədir. Eşitdiyimiz şad xəbərlər hər birimizi fərəhləndirir. Əlbəttə qələbə itkisiz mümkün olmur. Hamımız dua edirik ki, əsgərlərimiz zəfərin şəhidi deyil, şahidi olsunlar. 

Sağ-salamat evlərinə qayıtsınlar. Bir həftədir demək olar ki, hər gün  verlişlərdə qonaq oluram. Ancaq öz sevincimizi dilə gətiririk. Ali Baş Komandan, Cənab Prezidentin hər dəfə çıxış edəndə fəxr edirik.

Əsgərlərimizlə, hərbçilərimizlə qürur duyuruq.  İnşallah inanırıq ki, zəfər bizimlə olacaq. Onu da deyim ki, mənfur düşmənlərimizə də gecə-gündüz lənət oxuyuruq. Onlar dinc əhaliyə əziyyətlər verirlər.

İnşallah yaxın zamanda bəlalarını tapacaqlar. Buna çox inanırıq. Səbirsizliklə qələbə gününü gözləyirik”.