Xanəndə, əməkdar artist Elnarə Abdullayeva son Qarabağ savaşının qazisi Xəyal Qarayevlə görüşüb.
O, Xəyalla videosunu İnstaqram səhifəsində paylaşıb. Xanəndənin paylaşımı izləyicilərini kövrəldib.
“Sherg.az”ın məlumatına görə xanəndə “post”a bu qeydi əlavə edib:
“Mənimlə əlaqə saxlayıb, dedilər ki, Qazimiz sizin ifalarınıza qulaq asır, fotolarınızı yanında saxlayır, sizinlə görüşmək istəyir. Dərhal Xəyalın görüşünə getdim. Allah Vətənimizin keşiyində dayanan hər kəsi qorusun!”.